KƏBƏDƏ XAÇ SİMVOLLARI AŞKARLANIB (FOTO)
05.01.2015 812 0.0 0

Bir neçə ildir bərpa işləri aparılan Kəbədə inşaat xətası yaşanıb. 

Məlumata görə, Osmanlı dövründən qalan tikililəri dağıdan Səudiyyə Ərəbistanı rəhbərliyi Kəbənin ətrafında xaça bənzəyən simvollar yerləşdirib. 

Bu simvollar müsəlmanların sərt reaksiyasına səbəb olub. Reaksiyalardan sonra ölkə rəhbərliyi simvolların xaça bənzədiyini etiraf edərək onları sökdürmək məcburiyyətində qalıb. Mübahisəyə səbəb olan motivlərin yerində Allah sözləri nəqş edilib. 

Qeyd edək ki, daha öncə rəsmilər bu işarələrin xaçla bənzərliyini rədd edərək, naxışların dekorativ bitki bəzəkləri olduğunu iddia edirdi. Daha sonra mübahisələrə din xadimləri də qarışıb və bundan sonra dəyişiklik edilməsi haqqında qərar verilib. //
ANS PRESS

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar