İRANDA SƏRNİŞİN TƏYYARƏSİ QƏZAYA DÜŞÜB.
10.08.2014 1403 0.0 0
 

Bu gün İranın paytaxtı Tehran şəhərinin yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.


Məlumata görə, qəza nəticəsində 40 nəfər ölüb. Ölənlərdən 7-si uşaqdır.

Təyyarənin göyərtəsində ümumilikdə 48 nəfər olub.

İlkin məlumatda qəza nəticəsində “An-140” tipli təyyarədə olanların hamısının öldüyü bildirilsə də, az sonra İranın nəqliyyat nazirinin köməkçisi Əli Reza Cahangirian “Fars” agentliyinə bildirib ki, qəza zamanı sağ qalanlar var.

“Təyyarə uçuş zolağından 4 mil aralıda qəzaya uğrayıb. Sərnişinlərdən bir neçəsi yaralanıb, onlar xəstəxanaya çatdırılıblar”, - deyə nazir köməkçisi qeyd edib.

Ə. R. Cahangirian onu da əlavə edib ki, təyyarə meşə massivində düşdüyü üçün yerdə ölənlər və dağıntı olmayıb.

İlkin ehtimala görə, qəzaya mühərrikin texniki nasazlığı səbəb olub.

“Sepahan Airlines” şirkətinə məxsus təyyarənin havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğradığı bildirilir.-//APA


Teqlər:İRANDA SƏRNİŞİN TƏYYARƏSİ QƏZAYA DÜ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar