PUTİN: "BUNU KİMSƏ EDƏ BİLMƏDİ, BİLMƏYƏCƏK DƏ"
20.12.2014 779 0.0 0

Rusiya prezidenti Vladimir Putin  Kremlin Sarayında təşkil olunan  Federal Təhlükəsizlik Xidməti (FSB) illik yekun toplantısında çıxış edib.

Ukraynadan ayrılan Krımın Rusiyaya bağlanmasının sonra  "cəzalandırılma olduğu" kimi fikirlərin tez-tez eşitdiyini bildirən Putin, "Rusiyanı kimsənin qorxudacağı, təcrid edə bilməyəcəyi və təzyiq altına ala bilməyəcəyi çox açıqdır. Bunu kimsə edə bilmədi və edə bilməyəcək də" deyə bildirib.

Putin, bu cür cəhdlərə əsrlər boyunca  əl atıldığını xatırladaraq, "Ancaq heç bir nəticə alınmadı və indi də alınmayacaq. Bununla bərabər biz bəzi çətinliklərə və cəmiyyətimizin sabitliyi, suverenliyi və birliyinə gələcək hər cür təhdidlərə lazım olan cavabı verməyə hazır olmalıyıq" ifadələrini istifadə etdi.

Xarici qüvvələrin Rusiyadakı fəaliyyətinin artdığına işarə  edən Putin, bu il 230-dan çox xarici xidmət işçisi və agenti ortaya çıxartdığını söylədi. Putin həmçinin, 2014-cü ildə 8 terror aktının qarşısının alındığını bildirib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar