PENSİYA VƏ MAAŞLAR VAXTINDA VERİLƏCƏK
14.01.2015 936 0.0 0

Qazeta.info Maliyyə Nazirliyinə istinadən bildirir ki, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyində ötən ilin dövlət büdcəsinin icrasının yekunları, həmçinin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası və 2015-ci ildə Maliyyə Nazirliyi qarşısında duran vəzifələrə həsr olunmuş  kollegiya iclası keçirilib.

Nazir bildirmişdir ki, 2014-cü il üçün icmal büdcənin gəlirləri 23,1 milyard manat və ya 104,9 faiz, xərcləri 21,3 milyard manat və yaxud 87,2 faiz icra olunmuşdur. 2014-cü il dövlət büdcəsinin mədaxil 18,4 milyard manat və ya 100,2 faiz icra edilmiş, xərcləri isə 18.7 milyard manat və ya 93,2 faiz icra olunmuş, qarşıya qoyulan bütün öhdəlikləri yerinə yetirilmişdir.
 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat, kəsiri 1 milyard 662 milyon manat, icmal büdcənin xərclərinin yuxarı həddi 25 milyard 911 milyon manat təsdiq edilmişdir.

 

 Gələcəkdə Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edən S.Şərifov qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməsi, əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınması, vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb ediləcəyini bildirmişdir. Bununla yanaşı, dövlət büdcəsinin sosial öhdəliklərinin, təhlükəsizlik və müdafiə sahələrinin mühüm təlabatlarının, dövlət orqanlarının əsas ehtiyaclarının, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklərin və ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin yaratdığı öhdəliklərin təmin edilməsi xərclər üzrə qarşıda duran əsas vəzifələr.
Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən Kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla , prioritetlik daşımayan, səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarından israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulanmışdır.

S.Şərifov qeyd bildirib ki, cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

Kollegiya iclasında həmçinin, "Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı" nın geniş müzakirəsi aparılmışdır. Sığorta olunanların və digər faydalanan şəxslərin mənafelərinin lazımi səviyyədə qorunmaması ilə bağlı , əldə olunan müsbət nəticələrə baxmayaraq göstərilən sahədə problemlər hələ də mövcüdluğu bildirilib. Sığorta şirkətləri tərəfindən sığorta olunanların öz hüquqlarını və öhdəliklərini yetərincə bilmələri üçün az həcmdə iş görülür. Sözügedən Tədbirlər Planına uyğun olaraq ölkədə sığorta işinin daha da inkişaf etdirilməsi, sigortalıların mənafelərinin müdafiəsi üçün daha ciddi və qəti hüquq normalarının müəyyən edilməsi, əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, sığorta sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həyat və qeyri-həyat sığortası sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni sığorta növlərinin tətbiqi ilə bağlı konkret tapşırıqlar verilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar