MASALLIDA MƏSÇİD YANDI
24.12.2014 801 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadən bildirir ki ,bu gün Masallı rayonu Bədalan kənd məscidində yanğın hadisəsi baş verib.

Məlumata görə, Masallı rayonu, Bədəlan kəndində (rayon mərkəzindən 13 km aralı) ümumi sahəsi 204 kv.m olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Məscidin qalan hissəsi yanğından mühafizə olunaraq FHN əməkdaşlarının səyi nəticəsində söndürülüb. Yanğın saat 09:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar