PKK ÜZVÜNÜN HEYKƏLİ SÖKÜLÜR
19.08.2014 1415 0.0 0

 

Diyarbakır Valiliyi 15 Avqust 1984də PKK-nın, Türk ordusuna  qarşı ilk əməliyyata  rəhbərlik edən Mahsum Qorxmazın Lisedə heykəlinin ucaldılmasına görə məhkəməyə etdiyi şikayət nəticə verib. 
Şikayət əsasında Lice  Prokurorluğu  istintaqa başlayıb.Valiliyin cinayət tələbini qiymətləndirən Lice Sülh Cəza Məhkəməsi, Mahsum Qorxmazın heykəlinin yıxılmasına qərar verib. Qərar, jandarma rəhbərliyinə də  təqdim olunub. 
Heykəl, PKK-nın ilk hücumunu tənzimləməsinin 30. ildönümündə, Licenin Yolçatı kəndindəki PKK qəbiristanlığına ucaldılmışdı. 
Türkiyə mətbuatının bildirdiyinə görə,Qorxmaz 28 Mart 1986-cı ildə Gabari dağında öldürüiüb.Digər bir iddiada adı gedən şəxsin  Türk əsgərləri ilə girdiyi qarşıdurmada öldüyü , bir başqa iddiaya görə isə PKK lideri Abdullah Öcalanın əmri ilə təşkilat üzvləri tərəfindən öldürüldüyü söylənilir.


Teqlər:PKK ÜZVÜNÜN HEYKƏLİ SÖKÜLÜR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar