PUTİN SƏHVƏ YOL VERDİKLƏRİNİ ETİRAF ETDİ
25.12.2014 816 0.0 0

Rusiya Dövlət Başçısı Vladimir Putin, iqtisadiyyatda yaşanan çətinliklərdə öz paylarının da olduğunu açıqlayıb.
 

 

Putin dövlətin 2014-ci ilin yekununa  qiymətləndirməsinə dair keçirdiyi  iclasda cıxış edən Putin, Rusiyanın hazırda üzləşdiyi iqtisadi böhrana səbəb olan bəzi səhvlər etdiklərini etiraf edib.

Putin, "Qarşı-qarşıya qaldığımız çətinliklər, yalnız xaricdən  qaynaqlana səbəblərlə deyil. Sadəcə, beynəlxalq  sanksiyalar və şərtlərinin səbəb olduğu məhdudiyyətlərlə əlaqəli deyil, illərdir inkişaf edən öz xətalarımızın da burada payı var" deyə bildirib.

Qazeta.info AA-ya istinadən bildirir ki, Rus səlahiyyətlilərin daha innovativ bir hala gətirmək üçün iqtisadiyyatın quruluşunu dəyişdirməyə çalışdıqlarını bildirən Putin, "Bu istiqamətdə çox şey edildi. Ancaq son yaşananlar bunların kafi olmadığını göstərir" ifadələrini istifadə edib.

Xatırladaq ki, Rus rublu 2014-cü ildə yüzdə 50 faizlik  bir dəyər itkisinə uğrayıb. Rus iqtisadiyyatı isə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar, düşən neft qiymətləri və böyük nisbətdə sərmayə itkisi səbəbiylə çətin günlər keçir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar