ƏLİ HƏSƏNOV BEYNƏLXALQ TƏŞKİLATLARIN AYRI-SEÇKİLİYİNDƏN DANIŞIB.
07.08.2014 1617 0.0 0

ƏLİ HƏSƏNOV BEYNƏLXALQ TƏŞKİLATLARIN AYRI-SEÇKİLİYİNDƏN DANIŞIB.

Əli Həsənov, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Füle, eyni zamanda bəzi xarici hüquq-müdafiə təşkilatları növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması iddiası ilə çıxışlarına münasibət bildirib.

- Azərbaycan sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, bütün əsas fundamental insan haqlarının, demokratik azadlıqların təmin olunduğu hüquqi dövlət olduğunu vurğulayan Ə.Həsənov.Respublikada blikada siyasi plüralizm və vətəndaş cəmiyyəti formalaşmış, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və müstəqil medianın fəaliyyəti üçün bütün lazımi şərait təmin edildiyini bildirib.
Sonra o, "demokratik inkişafın başlıca tələblərindən biri də qanunun aliliyinin, sosial statusundan və fəaliyyət sahəsindən asılı olmayaraq, bütün vətəndaşların cəmiyyət və qanunlar qarşısındakı bərabər məsuliyyətinin təmin edilməsindən ibarətdir. Beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycanın qanunvericiliyi də daim demokratik standartlara uyğunlaşdırılır və tətbiq olunur. Avropa İttifaqına və Avropa Şurasına üzv dövlətlərdə olduğu kimi, Azərbaycanda da hər bir şəxs, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkə qanunlarına hörmətlə yanaşmağa, onun tələblərinə riayət etməyə borcludurlar. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin məlum bəyanatında “məşhur” elan edilmiş, habelə müxtəlif xarici təşkilatların açıqlamalarında adları keçən, amma ölkəmizdə geniş ictimaiyyətə tanış olmayan şəxslər konkret cinayət əməllərində şübhəli bilinərək aidiyyəti orqanlar tərəfindən həbs olunmuş və onların müəyyən müddətə saxlanılması barədə məhkəmələr tərəfindən müvafiq qərarlar verilib. Yalnız istintaq və məhkəmə araşdırması onların günahkar olub-olmadığına aydınlıq gətirə bilər. Buna görə də, hesab edirəm ki, həmin dairələrin bəzi maraqlı yerli antimilli qrupların “operativ” donoslarına əsaslanan tələsik, növbətçi bəyanatları subyektiv mülahizələrdən ibarətdir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır, habelə istintaqa və məhkəmələrə təzyiq məqsədi güdür. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinə, “Amnesty İnternational”, “Human Rights Watch” və digər bu kimi təşkilatlara məsləhət görərdik ki, Azərbaycana qarşı selektiv, tendensiyalı münasibətə, ikili standartlar siyasətinə son qoysunlar" deyə vurğulayıb.

Azərbaycan ictimaiyyəti nüfuzlu beynəlxalq qurumlardan, insan haqları sahəsində fəaliyyət göstərən xarici təşkilatlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı əməli yardım etmədiyini və Cəbhə ətrafı bölgəldə sravi insanlardan tutmuş hərbiçilərin öldürülməsinə göz yuman .Avropa rəsmiləri, bəzi xarici hüquq-müdafiə təşkilatları bu reallıqları nəinki görmək istəmir, bir milyondan artıq azərbaycanlının elementar insan haqlarının neçə ildir ki, kobudcasına tapdanması faktını da qulaqardına vurulduğunu bildirib.

 ATƏT məkanında, hətta Avropanın aparıcı ölkələrində də insan hüquq və azadlıqlarının kobud şəkildə məhdudlaşdırılması ilə bağlı çoxsaylı faktlar mövcudluğunu bildirən Ə.Həsənov  adı çəkilən qurumların rəsmilərinə bu həqiqətlər barədə danışmaq, onları etiraf etmək sadəcə sərf etmir deyə qeyd edib.

Ə.Həsənov  Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və bundan sonra da etməyəcək deyə AzərTAc-a bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar