CORC SOROS ABŞ VƏ QƏRBƏ XƏBƏRDARLIQ ETDİ
08.01.2015 818 0.0 0

Corc Soros, Avropa və ABŞ-ın Ukraynaya kömək etməməsi nəticəsində Rusiya ilə istəmədikləri bir döyüşə sürüklənəcəyini açıqlayıb. Financial Times açıqlama verən məşhur sərmayəçi Soros qərb ölkələrinin ilin ilk rübündə Ukraynaya 50 milyard dollarlıq maliyyə yardımı təsdiqləməsi lazım olduğuna diqqət çəkib. Avropalı liderlərinə "oyanın" çağırışı edən  Soros "Rusiya tərəfindən hücum altında olduqlarını qəbul etmələri lazımdır. Avropa ölkələri Ukraynaya ediləcək maliyyə yardımı bir müdafiə xərcləməsi olaraq qəbul etməlidir "deyə bildirib.

 

 Qazeta.info HaberTürkə istinadən bildirir ki,  Corc Soros bununla bərabər Rusiyanın borclarını ödəyə bilməyəcək vəziyyətə gəlməsinin 'çaşdırıcı olmayacağını' ifadə edib. Milyarder investor Financial Times verdiyi reportajda qərbin Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyaların düşən neft qiymətləri səbəbiylə xəyal edilənin əlavə bir təsirə sahib olduğunu söyləyib.

Soros Rusiyanın borclarını ödəyə bilməməsi vəziyyətində Avropa banklarının da çətin vəziyyətdə qalacağını və qitədə onsuz da mövcud olan böhran nəticəsində təzyiqinin artacağını sözlərinə əlavə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar