Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb
19.02.2017 663 0.0 0

İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

“France-Presse” agentliyinə istinadən verilən məlumata görə, bunu bu gün İraq baş naziri Heydər əl-İbadi bəyan edib.

Mosulun qərb hissəsi 3 aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar