İŞİD GERİ ÇƏKİLİR
08.11.2014 1461 0.0 0

İraqın Əmiriyyətül Fəlluca bölgəsinin, İraq təhlükəsizlik qüvvələri tərəfindən IŞİD-dən geri alındığı bildirilir.

İraqın qərbində yerləşən  Anbar mahalının  ərazi tərkibinə aid olan Əmiriyyətül Fəlluca bölgəsinin, İraq təhlükəsizlik qüvvələri tərəfindən IŞİD-dən geri alındığı bildirildi.

Paytaxt Bağdadda yerləşən  Baş nazirlik iqamətgahından veriən məlumatda, uzun müddətdir IŞİD-in əlində saxladığı, sakinlərinin əksəriyyəti sünnilərdən ibarət olan Əmiriyyəl Fəlluca, Duvelibe, əl-Mahasinə və əl-Medarih bölgələrinin təhlükəsizlik qüvvələri tərəfindən təşkilatdan geri alındığı xəbəri yayılıb.

Türkiyə mətbuatının bildirdiyinə görə, Bağdadın qərbində yerləşən  Anbar mahalının  ərazi tərkibinə aid olan qəsəbəsinə 30 kilometr uzaqlıqda olan Əmiriyyəl Fəlluca, uzun müddətdir xüsusilə şimaldan IŞİD-in nəzarətində olub.

İraqda, IŞİD liderliyindəki silahlı qrupların iyun ayında Mosul başda olmaqla bəzi bölgələri  ələ keçirməsindən sonra, IŞİD ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmalar davam edir. İraq ordusu və ABŞ-a aid hava qüvvələri də bir müddətdir IŞİD-in nəzarətindəki bəzi hədəflərə hava hücumları təşkil edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar