XIRDALANDAKI PARTLAYIŞDA 9 NƏFƏR VƏFAT ETDİ.
09.09.2014 1774 0.0 0

 

 

Xırdalanda partlayış baş verən binada xilasetmə əməliyyatı başa çatıb

Ötən gün Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb.

Məlumata görə, hadisə yerində işləyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altında qalmış 8 yaşlı Aydan Abbasovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Bununla da, hazırki vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb. 

Qeyd edək ki, hadisə baş verən yerdə xüsusi texnikalarla işləyən FHN əməkdaşları 8 yaşlı Aydan Abbasova tapılmayacağı təqdirdə axtarış-xilasetmə işlərinin səhərə qədər davam edəcəyini bildirmişdilər.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar