BAŞ PROKUROR ŞİKAYƏTÇİLƏRİ SKYUPE VASİTƏSİLƏ ONLAYN QƏBUL EDƏCƏK
15.12.2014 749 0.0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  tapşırığına uyğun  olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə , ərizə və şikayətlərə tam, hərtərəfli və obyektiv baxılması işinin daha da təkmilləşdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.

Qazeta.info Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadən bildirir ki, Baş Prokuror Zakir Qaralov dekabrın 19-da saat 10:00-da canlı bağlantı ilə Lənkəran, Astara və Lerik rayonlarında yaşayan vətəndaşların Lənkəran rayon prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcəkdir.

Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar 18 dekabr 2014-cü il tarixədək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar