RUS TARİXİNDƏ QURAN AYƏLƏRİ TAPILDI
03.11.2014 1562 0.0 0

Romanovların banisi başında 61-ci surənin 13-cü ayəsini daşıyıb

Kremlin Silah Palatasında aparılan son araşdırmalar rus çarlarının hələ qədimdən üzərində Quran ayələri və İslam peyğəmbərinin adı yazılan taclar geyiniblər. 


Məlumat agörə, axırıncı rus çar ailəsi Romanovların banisi Mixail Romanovun tacında ərəbcə Quran ayəsi yazılıb: “Möminlərə Allahın köməyi və tezliklə baş verəcək qələbə vədi ilə sevindir”. 1621-ci ildə Silah Palatasının ustası Nikita Davıdov tərəfindən hazırlanmış tacdakı yazının ətrafı səkkiz guşəli pravoslav xaçı ilə bəzədilib.

Silah Palatasında aparılmış araşdırmalar göstərir ki, ruslar Quran ayələrinə hələ qədimlərdən müraciət edirmişlər. Məsələn, çar İvan Qroznının dəbilqəsində ərəbcə “Allah, Muhammed” sözləri yazılıb. Bu yazı dəbilqəni 7 dəfə dolanır.

Rus hökmdarların Quran ayələrinə meyli hələ Alekasandr Nevskinin zamanından başlayır. Onun dəbilqəsində ərəbcə Quranın 61-ci surəsinin 13-cü ayəsi verilib: "Və bəşşir əl-möminin" - "Möminləri sevindir". //ANSPRESS

 

 


Teqlər:RUS TARİXİNDƏ QURAN AYƏLƏRİ TAPILDI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar