İSRAİLİN KİMYƏVİ SİLAHLARDAN İSTİFADƏ ETDİYİ ÜZƏ ÇIXDI.
01.09.2014 1275 0.0 0

İsrailin Qəzzaya hücumlarında "qadağan olunmuş silahlar" istifadə olunub, bu səbəblə yaralanan bəziləri müalicə olunmalarina baxmayaraq sağalmadıqları bildirilir.

 

İsrailin hücumlarında qəlpə parçalarının bədəninə tuş gəlməsi nəticəsi yaralanan və Şühəda əl-Əqsa Xəstəxanasında aldığı müalicədən sonra ambulator müalicə üçün  evə buraxılan  7 yaşındakı Məhəmməd Əbu Kellub, daha sonra toxuma və əzələ cırılması səbəbiylə təkrar xəstəxanaya qaytarılıb.

Qazeta.info Tgrthaberə istinadən bildirir ki,Kiçik uşağın xalası Sabirin əl-Eşgar, Məhəmmədi evə gətirdikdən bir həftə sonra, müalicəsini davam etdirən tibb bacısının qəlpə parçasının yaraladığı ayağında toxuma və əzələ cırılması müşahidə etdiyini, bunun üzərinə Məhəmmədi təkrar xəstəxanaya  aparmaq məcburiyyətində olduqunu  ifadə edib. Eşgar, həkimlərin özlərinə "sonradan ortaya çıxan bu vəziyyətin İsrailin istifadə etdiyi silah və partlayıcılarla əlaqədar olduğunu" söylədiklərini ifadə edib.

Bir başqa hücumda yaralanan 8 yaşındakı Neda əl-Assarın anası də uşağının xəstəxanadakı müdaxilənin ardından "yaxşılaşdığı bildirilib", evə buraxıldığını bildirib , "Yavrum sağlamlığına qovuşdu deyə xəstəxanadan çıxdıq. Yalnız evdə zaman zaman nəzarət ediləcəkdi. Sonradan sümük toxumada cırılma meydana gəldi. Şok olduq "deyə bildirib.

"İsrailin istifadə etdiyi silah və partlayıcılarla əlaqəli"

Şühəda əl-Əqsa Xəstəxanası Cərrahı Bölümü Başçısı Dr. Subhiyye əs-Sərrac, Fələstinli ailələrin  hadisələrlə bağlı dediklərini təsdiqləyərək, bu vəziyyətin İsrail ordusunun Qəzzaya istiqamətli hücumlarda istifadə silah və patlayıcılardan istifadəsi nəticəsində qaynaqlandığını ifadə edib.

Xəstəxanalarına buna bənzər çox sayda hadisəyə rast gəldiyini bildirən Sərrac, "Bu kimi vəziyyətlərdə antibiotik aldıqdan və lazımlı müalicə tətbiq olunduqdan sonra yaxşılaşma müşahidə edilir. Ancaq bir müddət sonra həkimlər qəlpə parçasınin yaraladığı yerdə rəng dəyişdiyini və cırılma meydana gəldiyinin şahidi olduqlarını bildirib. İsrailin istifadə etdiyi partlayıcı maddələr yaralananların aylarla hətta illərcə sağala bilməyəcəyinə  səbəb olacaq "deyə həkim bildirib.

İsveçrə mərkəzli Avropa-Aralıq dənizi İnsan Haqqları Rəsədxananın (Avro-Mid) direktoru Rami Abduh, İsrailin Qəzzada, "Yaralananlardan toxuma yırtılmalarına səbəb olan təhlükəli silahlar istifadəsini " dilə gətirərək, bunları qeyd edib:

"Qəzzadakı həkimlər, təbii olmayan təhlükəli yaralar gördüklərini söyləyir. Qıçları qoparaq gətirilən yaralıların, qopan bölgədə qəlpə parçası olmadığını ancaq şiddətli atəş görüldüyünü ifadə edirlər. Bu zədə, içərisində patlayıcılarının yanında volfram, nikel, kobalt və dəmir qarşımı olmayan  qısa adı dime olan [Dense inert Metal Explosive], 'Pudra Bombasının səbəb olduğu qənaətinə gətirir. "

Fələstin Səhiyyə Nazirliyi, daha əvvəl etdiyi bir şərhdə, "qadağan olunmuş silahlardan istifadə" səbəbiylə İsrail haqqında beynəlxalq istintaq açılmasını istemişti.Məsələ ilə əlaqədar  şərhdə aparılan  araşdırmalar nəticəsində Qəzza Şeridindəki xəstəxanalarda, aralarında "Pudra Bombası" nın da olduğu "qadağan silahlara" məruz qalmaları səbəbiylə qol və qıçlarını itirən və ağır yaralanan şəxslərin tapıldığının təsbit edildiyi yazılmışdı.


Teqlər:İSRAİLİN KİMYƏVİ SİLAHLARDAN İSTİFA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar