MUSAVAT BƏYANAT QƏBUL EDİB
11.11.2014 1287 0.0 0

Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib.

Müsavat Divanı partiyada ikitirəlik yaratmaq cəhdləri ilə bağlı bəyanat qəbul edib
Partiyanın rayon təşkilatlarının iştirakı ilə keçirilən zona müşavirələri barədə məlumatlar dinlənilib.

Qeyd olunub ki, keçirilən müşavirələrdə seçkinin nəticələrindən narazı qalan bir qrup şəxsin pozuculuq, fraksiya və başqa adlar altında partiyada ikitirəlik yaratmaq cəhdləri kəskin şəkildə pislənilərək bəyanat və müraciətlər qəbul olunub.

Toplantıda partiyada ikitirəlik yaratmaq cəhdləri ilə bağlı bəyanat qəbul edilib, noyabrın 23-də Bakıda ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.

Bəyanatda deyilir ki, Müsavat Partiyasının VIII Qurultayından sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərir. Müsavatın əleyhinə olan bu fəaliyyətin kəskin pislənilməsini də nəzərə alaraq, Divan bu şəxslərdən Müsavat Partiyasının əleyhinə yönəlmiş pozuculuq hərəkətlərinə və partiyada paralel strukturlar yaratmaq cəhdlərinə son qoymağı, davranışlarını partiyanın Nizamnaməsinə uyğunlaşdırmağı tələb edir.//ANSPRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar