RUSİYADAN ABŞ-A DEMOKRATİYA DƏRSİ.
20.08.2014 1284 0.0 0

Rusiyalı və əcnəbi tələbələr bu səhər ABŞ-ın Moskvadakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. 

Məlumata görə, gənclər səfirliyin qarşısına toplaşaraq Amerikanın Ferqyuson şəhərində polisin qaradərili yeniyetməni güllələməsinə etirazlarını bildiriblər. 

150-dən çox tələbə binanın qarşısında diz çökərək əllərini yuxarı qaldırıblar. Onlar bununla 18 yaşlı Maykl Braunun məhz bu pozada qətlə yetirildiyini göstərmək istəyiblər.

Gənclər həmçinin günahkarların cəzalandırılmasını tələb ediblər və ABŞ-ı etirazçılara qarşı güc tətbiq etməməyə çağırıb. 

Amerika polisinin versiyasına görə, Maykl Braun avtomobildə baş verən davanın gedişatında öldürülüb. Lakin şahidlər gəncin silahsız olduğunu və diz çöküb əllərini yuxarı qaldırıb təslim olarkən güllələndiyini iddia edirlər. Bu hadisədən sonra şəhərdə nümayişlər başlayıb. Etiraz aksiyalarında polislərlə nümayişçilər arasında qarşıdurmalar yaşanıb və saxlanılanlar var.

Nümayişlərin nəticəsi olaraq 16 avqustda Ferqyusonda fövqəladə vəziyyət elan edilərək komendant saatı tətbiq edilib. 18 avqustda isə ABŞ Milli Qvardiyasının bölümü şəhərə yerləşdirilib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıyıcı qazdan və tüstü qumbaralarından istifadə edib. 19 avqustdakı qarşıdurmada daha bir kişi güllələnib. Bu gecə 47 nəfər həbs edilib.//ANSPRESS


Teqlər:RUSİYADAN ABŞ-A DEMOKRATİYA DƏRSİ.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar