Milli Məclisə seçkilərli ilə əlaqədar bu günə kimi irəli sürülmüş namizədlərin sayı açıqlanıb
16.09.2015 707 0.0 0
Bu günə qədər 665 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

 

Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) MSK sədri Məzahir Pənahov bildirib. Onlardan 338 nəfərin namizədliyi partiyalar tərəfindən, 25 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları, 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib. 


Bu günə qədər MSK-da 95 nəfər müşahidəçi qeydə alıb. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfər isə QHT təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar