AZƏRBAYCANDA SİLAHLI ƏRƏBLƏR TUTULUB
01.11.2014 1305 0.0 0

 Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində reydlər keçirilib. 
 

2014-cü ilin oktyabr ayında keçirilən reydlər zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
 

Belə ki, 17 oktyabr 2014-cü il tarixində Ağgöl Milli Parkının ərazisinə daxil olmaq istəyən, içərisində İraq Respublikası vətəndaşları Jamal Ahmed Salm və İmad Alabersan Hlailin olduğu 90 SR 229 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq götürülüb.
 

26 oktyabr 2014-cü il tarixində Milli Parkın ərazisində keçirilən növbəti reyd zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Jamal Akil Mahfouz və Jomaa Aljodeia Khatabın olduğu 90 TD 576 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobildən quş ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və 4 nəfər əcnəbi qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə olunub və həmin məbləğin ödənilməsi təmin edilib.

Qazeta.info bildirir ki,əvvələrdə ərəb əsilli əcnəbilərin Azərbaycan ərazisində qanunsuz ov etmə halları müşahidə olunub.Əldə olunan bilgilərə görə,qeyd olunan əcnəbilər əsasən Azərbaycanın ov üçün əlverişli ərazilərində adı Qırmızı Kitaba düşən  Şahin quşu axtarışları ilə məşqul olurlar.Xatırladaq ki,qeyd olunan quşun diri olaraq alışı minlərlə manat məbləğində dəyərləndirilir.
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar