CƏBHƏ XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK
17.11.2014 773 0.0 0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçirəcəklər. ​


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar