MTN SURİYADA DÖYÜŞƏN 10 NƏFƏRİ SAXLADI-VİDEO
07.01.2015 857 0.0 0

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində qanunsuz silahli birləşmələr yaratma, onları silahla, döyüş sursatı ilə təchiz etmədə şübhəli bilinən 10 nəfər saxlanılıb.

ANS PRESS xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, bu şəxslər ötən il Suriyaya gedərək qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan isitfadə qaydalarını öyrəniblər, Suriyada hökumət qüvvələri əleyhinə döyüşlərdə iştirak ediblər.

Milli Təhlükəsizlik Nazirliyi bu dəstənin digər iştirakçilarinin müəyyənləşdirilməsi üçün əməliyyatı davam etdirir.

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar