IRAN-AZƏRBAYCAN-RUSİYA DƏMİR YOLU XƏTTİ TAMAMLANIR.
07.08.2014 1481 0.0 0

IRAN-AZƏRBAYCAN-RUSİYA DƏMİR YOLU XƏTTİ TAMAMLANIR.

“Şimal-Cənub dəhlizi ilə bağlı razılıq əldə etmişik. İran artıq Rəşt dəmir yolu xəttinin 80 %-i tikib bitirib. Azərbaycan tərəfi də öz üzərinə düşən hissəni qısa zamanda tikib qurtaracaq”. 

ANS PRESS-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib. 

O bildirib ki, Rusiya tərəfi də layihədə iştirak edir. Hər üç ölkənin dəmir yolu xətti yolu ilə birləşməsi ölkələr arasında iqtisadi əlaqələri daha da genişləndirəcək. 

Xatırladaq ki, Rəşt-Astara dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. 

Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar