AZƏRBAYCAN TƏXRİBATA CAVAB VERDİ.
19.08.2014 1459 0.0 0

Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır.

Qeyd edək ki, dünən bəzi mətbuat vasitələri  Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı guya NATO təyyarələri Azərbaycan ərazisindəki aerodromlardan istifadə etmələri ilə bağlı məlumat yaymışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar