MÜDAFİƏ NAZİRLƏRİ GÖRÜŞƏCƏK
16.08.2014 1854 0.0 0

 

Azərbaycan ,Gürcüstan və Türkiyə müdafiə nazirləri görüş planlaşdır.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Səfər çərçivəsində Naxçıvan şəhərində Müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.
Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.


Teqlər:MÜDAFİƏ NAZİRLƏRİ GÖRÜŞƏCƏK

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar