İŞİD-DƏ AÇIQLAMA VERDİ, FRANSA JURNALINA BASQININ GÖRÜNTÜLƏRİ YAYILDI-VİDEO
07.01.2015 903 0.0 0

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki, məlum olduğu kimi, Parisdə  Hz. Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarının yayılması ilə tanınan və kəskin qınağa məruz qalan, Fransız jurnalı Charlie Hebdoya hücum təşkil olunub. 2-si polis 12 nəfərin həyatını itirdi. Hadisədə 5-i ağır 10 nəfər yaralanıb.Hadisənin video görüntüləri yayılıb.Video görüntölərdən atışmanın necə  baş verməsi açıq aydın görünür.

Bildirək ki, hadisə ilə bağlı İŞİD-ə yaxın saytlar da bəzi məlumatlar yayıb.Məlumatlarda bildirilir ki, "İslam Dövlətinin Fransa vətəndaşı olan mücahidləri, müxtəlif videolarla Fransızları hicrət etməyə çağırmış, hicrət edə bilməyənləri də Fransa içində hücumlar tənzimləməyə təşviq etmişlər. Bildirək ki, Fransa İslam Dövlətinə istiqamətli hücumlar təşkil edən koalisiyasının fəal üzvüdür. Jurnala qarşı hücumu İslam Dövləti sempatizanlarının etmiş olması ehtimalı olmaqla birlikdə, hadisə çox yeni olduğu üçün hələ dəqiq məlumat yoxdur. "deyə bildirilib.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar