AVROPA İNVESTİSİYA BANKININ VİTSE-PREZİDENTİ BAKIDADIR
07.11.2014 1597 0.0 0

Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb 

Noyabrın 7-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Moltereri qəbul etmişdir.
Nazir Şahin Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla uğurla əməkdaşlıq etdiyini, Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın da səmərəli olacağına ümidvar olduğunu qeyd etmişdir. 2013-cü ildə Brüsseldə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanmışdır. Şahin Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, hazırda bir sıra infrastruktur layihələrinin həyata keçirildiyini və sənaye parklarının yaradıldığını, bu istiqamətlər, eləcə də digər sahələr üzrə Bankla əməkdaşlıq edilə biləcəyini diqqətə çatdırmışdır.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer Bank ilə Azərbaycan arasında əməkdaşlığın qurulması baxımından Çərçivə Sazişinin imzalanmasının əhəmiyyətini qeyd etmiş, Bankın kiçik və orta sahibkarlığın inkişafı məqsədilə Azərbaycanın özəl banklarına kredit ayrılmasının davam etdiriləcəyini bildirmişdir. Vilhelm Molterer Avropa İnvestisiya Bankının Azərbaycanla əməkdaşlıqda, müxtəlif layihələrin maliyyələşdirilməsində maraqlı olduğunu və Bank tərəfindən müvafiq təkliflərin təqdim ediləcəyini bildirmişdir.


Teqlər:AVROPA İNVESTİSİYA BANKININ VİTSE-P

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar