ZAKİR HƏSƏNOV BƏHREYNDƏ GÖRÜŞLƏR KEÇİRİB (FOTO)
26.12.2014 648 0.0 0

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bəhreyn Müdafiə Naziri və  Bəhreyn Kralıilə görüşüb.

Müdafiə Qüvvələri Qərargahında Müdafiə Qüvvələrinin Baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə tərəfindən qarşılanma mərasimi keçirilib.
Geniş tərkibdə keçirilən görüşdə ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilərək mövcud əlaqələr və ümumi maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdən sonra birgə hərbi əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı imzalanıb. 
Sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi Hava Qüvvələri və Bəhreyn Kral Hərbi Dəniz Qüvvələri Komandanlıqlarında olaraq hərbi hava və hərbi dəniz bazalarını, o cümlədən hərbi tibb müəssisələrini ziyarət edib.

 

Daha sonra  Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bəhreyn Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib.
Müdafiə naziri səmimi qəbul üçün Krala minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamını çatdırıb, Bəhreyn xalqına daimi tərəqqi və rifah arzulayıb.
Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə öz növbəsində Müdafiə nazirini salamlayaraq Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib, ölkəmizə təkamül və inkişaf diləyib.
Bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlarımız və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayan Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu bir daha qeyd edib.
Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar