MTN FACEBOOK VƏ TWİTTER İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
04.11.2014 1587 0.0 0

 

Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.

 

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi İnternet saytı, Facebook və Twitter səhifələri Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət edir.

"Facebook" sosial şəbəkəsində adında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası ilə əlaqəli rekvizitlərin (ad, simvol və s.) olduğu bəzi hesab, səhifə və qruplar mövcuddur.

Həmin sosial şəbəkə resurslarının Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti yoxdur. Nazirliyin fəaliyyəti ilə bağlı informasiyalarda müvafiq hesab, səhifə və qruplardakı məlumatlara istinad olunmamalıdır.
Əlavə olaraq bildiririk ki, nazirliyin rəsmi sosial şəbəkə resursları aşağıdakılardır:
1. "Facebook" sosial şəbəkəsində - "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi" səhifəsi (www.facebook.com/azerbaijanmns);

 

2. "Twitter" sosial şəbəkəsində - "MTN Azərbaycan" səhifəsi (twitter.com/AzerbaijanMNS).
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar