FƏTULLAH GÜLƏNİN MƏKTƏBLƏRİ TƏFTİŞ OLUNACAQ
17.08.2014 1462 0.0 0

ABŞ-ın Kaliforniya ştatının Müştərək Qanunvericilik və Audit Komitəsi türkiyəli dini icma lideri Fəthullah Gülən ilə bağlı məktəblərdə audit yoxlamasını təsdiq edib. 

 Məlumata görə, audit Gülən İnstitutu ilə əlaqələr olan dövlət vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən (ödənişli məktəblər) Kaliforniyada yerləşən "Magnolia" elmi akademiyasının 12 müqaviləli (çarter) məktəbində keçiriləcək.

Audit Qanunvericilik Assambleyasının üzvü Adrina Nazaryanın tələbi ilə keçirilir. Erməni əsilli kaliforniyalı "Magnolia"nın 12 məktəbi və ana şirkəti olan “Magnolia" Təhsil və Araşdırma Fondunun vergi ödəyicilərinin külli miqdarda pulların mənimsənilməsindən narahat olduğunu bildirib. 

“Çarter məktəblər oxuyanlara yüksək səviyyəli təhsil verməklə dövlət təhsil sistemində əsas yer oynayır. Mən “Maqnoliya” akademiyasının Dövlət Təhsil Fondlarından sui istifadə etməsindəndən dərin narahatlıq hissi keçirirəm. Dövlət təhsilini dəstəkləyən vergi ödəyicilərinin dollarlarının, özlərinin və məktəblilərin ziyanına getməməsi baxımından bu tələbi göndərmək çox vacib bir addım idi”- deyə Nazaryan qaldırdığı tələbə aydınlıq gətirir.

Qeyd edək ki, Fətullahın Gülən icmasına aid dünyanın bir çox ölkələrində ödənişli məktəblər yoxlamaya məruz qalıb. ABŞ yoxlamaları 2011-ci ildən FTB tərəfindən Arizona, Luiziana, Pensilvaniya, Texas və Nyu-Cersi ştatlarını əhatə edir.//ANS PRESS


Teqlər:FƏTULLAH GÜLƏNİN MƏKTƏBLƏRİ TƏFTİŞ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar