Bu gün vəzifəsindən azad edilən Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov dindirilib
09.12.2016 1569 0.0 0

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin eks sədri, vəzifəsindən sürpriz şəkildə azad edilən Elmar Məmmədov Hüquq-mühafizə orqanları tərəfindən dindirilib.

Qazeta.info Virtualaz.org-a istinadla bildirir ki, bu gün gözlənilmədən vəzifəsindən azad ediləndən dərhal sonra isə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı xəbəri yayılan Elmar Məmmədov  “qara bazar”ın fəqliyyəti ilə bağlı dindirildikdən sonra evinə buraxılıb..

Bildirək ki, Elmar Məmmədov bu vəzifədə hazırda həbsdə olan Cahangir Hacıyevi əvəzləmişdi və onun Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsi faktiki olaraq batırılan dövlət bankını sağlamlaşdırmaq tədbirlərinin bir hissəsi idi. 

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft Fondunun Beynəlxalq Bankda aşağı faizlə rekord həcmdə-1 milyard dollar depozit yerləşdirmişdi və bu, valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün atılan addımlardan biri idi. Həmin depozitin yerləşdirilməsindən sonra doğrudan da bazarda bir müddət dollar bolluğu yarandı, manat yenidən dəyər qazanmağa başladı. Ancaq daha sonra dollar yenidən qıtlaşdı, məzənnə isə artmaqdadır...

Xatırladaq ki, gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək ölkə gündəminə çevrilən, Elmar Məmmədovun kimliyi cəmiyyətdə böyük marağa səbəb olub.

Qazeta.info  “Qafqazinfo” -ya istinadla onunla bağlı bəzi yeni məlumatları təqdim edir.

Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq bu adam son bir neçə ildə ildırım sürətilə irəliləyib. Məlum olduğu kimi, dövlətin pul siyasətinin həyata keçirildiyi əsas bankn rəhbəri vəzifəsinə gətirilib.

Əslində isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda “Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun oğludur.

 

 

Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə “AzərTürkBank”ın VİP filialının müdiridir.

ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.

Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1994-cü ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. O, bir müddət “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsində də çalışıb.

Ailəlidir, bir övladı var.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar