İSRAİLİN MÜDAFİƏ NAZİRİ BAKIDA GÖRÜŞLƏR KEÇİRİB
10.09.2014 1376 0.0 0

 

 

Azərbaycan Respublikasının Prezidenti və Müdafiə naziri İsrailin Müdafiə nazirini qəbul edib

 

Prezident İlham Əliyev 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra  Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  qəbul edib.


Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.


Teqlər:İSRAİLİN MÜDAFİƏ NAZİRİ BAKIDA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar