AZƏRBAYCAN ERMƏNİ VERTOLYOTUNU VURDU-YENİLƏNDİ-(VİDEO)
12.11.2014 1762 0.0 0

Bu  gün Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin vurulmasını erməni tərəfidə təsdiqləyib.Açıqlamada helikopterin tam yandığı bildirilib.

Qazeta.info daha sonra Ermənistanın News.am saytına istinadən bildirir ki, hadisə zamanı 3 erməni hərbiçi pilotu məhv edilib.

 

Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub

 

AErmənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. 
Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. 
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun vertolyotunu vurub. 

 

Bu barədə  məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı  təsdiqləyiblər. Əlavə məlumat veriləcək.//“Qafqazinfo”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar