Bahar Muradova ATƏT PA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışıb
08.07.2015 489 0.0 0

“Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi Ermənistan tərəfindən dövlət səviyyəsində azərbaycanlılara qarşı dözümsüzlük siyasətinin aparılmasının sübutudur”

“Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi Ermənistan tərəfindən dövlət səviyyəsində azərbaycanlılara qarşı dözümsüzlük siyasətinin aparılmasının sübutudur”.
 
Məlumata görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın növbəti sessiyasında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, həmin şəxslər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında öz valideynlərinin qəbirlərini ziyarət etmək hüququndan istifadə edərkən girov götürülüb: “Bu gün Azərbaycan vətəndaşı olmuş Ermənistan prezidenti “qəhrəmanlaşdırılır”. Bu cür “qəhrəmanlıq” onun ötən əsrin 90-cı illərində insanlığa qarşı cinayətlərində, o cümlədən Xocalıda qırğınlar törətməsində özünü göstərib. O, cinayət məsuliyyətindən qaçıb və Ermənistandan sığınacaq alıb”.
 
B. Muradova bildirib ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın qaçqınların qovulduğu ərazilərə, o cümlədən Zəngəzur və İrəvana qayıtması ideyasına qarşı qıcıqlanması etnik təmizləmə təbliğatı ilə eyni mahiyyət daşıyır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar