ƏSİRLƏRİN NÖVBƏTİ "MƏHKƏMƏSİ" KEÇİRİLDİ
29.10.2014 1361 0.0 0

Dilqəm Əsgərov və Şahbaz Quliyevin növbəti "məhkəmə"si keçirilib

Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndidə oyuncaq rejimin düzəltdiyi "məhkəmə"si davam etdirilib.

 Məlumata görə, Dilqəm Əsgərov "məhkəmə"də çıxış edərək bildirib ki, o, Kəlbəcərə, doğma torpaqlarına heç bir pis niyyətlə gəlməyib. Əsgərov deyib ki, onun Kəlbəcərə gəlməsində əsas məqsəd anasının qəbrini ziyarət etməkdir.

Dilqəm Əsgərov erməni Smbat Tsakanyanın ölümündə iştirak etmədiyini, bu barədə heç nə bilmədiyini deyib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il Kəlbəcərə doğmalarının qəbirlərini ziyarət etməyə gedərkən Ermənistan silahlıları tərəfindən girov götürülüb.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar