TÜRKİYƏLİ MƏHŞUR "MAFİYA BABASI" VEDAT ŞAHİN GÜLLƏLƏNDİ (VİDEO-3)
26.12.2014 855 0.0 0

Qazeta.info bildirir ki, Məşhur mafiya babası Sedat Şahinin qardaşı Vedat Şahinin məruz qaldığı silahlı hücum təhlükəsizlik kameralarına düşüb.

 

Nişandaşı Valiqonağı Prospekti üzərində dünən axşam yaşanan hadisədə, Vedat Şahin və iki mühafizəsi prospekt üzərində olan evlərindən çıxdıqları vaxt bir avtomobildən  onlara atəş açılmış, hadisədə Vedat Şahin və mühafizəsi  Ferdi Topal həyatını itirmişdi. Şahinə yönəlik edilən silahlı hücum təhlükəsizlik kamera görünüşləri ortaya çıxıb.

 

Görüntülərdə Vedat Şahin və iki adamının səkidə getdikləri vaxtda qırmızı rəngli bir avtomobilin yanlarına yanaştığı görülür. Avtomobilin şüşəsindən çıxaraq birdən ard-arda atəş açan cinayətkarların qısa bir müddət irəlilədikdən sonra dayandıqları görülür. Cinayətkarlar Vedat Şahin və adamlarının  yerə yıxıldığını gördükdən sonra bir müddət daha atəş açaraq sürətlə uzaqlaşdıqları görülür.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar