TÜRKİYƏDƏ YENƏ MƏDƏN FACİƏSİ BAŞ VERDİ
28.10.2014 1373 0.0 0
Türkiyədə növbəti mədən faciəsi baş verib.

 

Yayılan xəbərə görə, Türkiyənin Karaman bölgəsindəki mədənlərdən birini su basıb.

 

Mədən ocağında işləyən 26 fəhlədən 8-i hadisə baş verəndə ərazini tərk etsə də, 18 nəfər içəridə qalıb. Əyalət qubernatoru Murat Koca bildirib ki,  mədəndə su borusunun zədələnməsi nəticəsində suyun səviyyəsi artıb, bu isə şaxtanın uçmasına səbəb olub.   

 

Mədən ocağının sahiblərindən olan Şahin Uyar isə “Başımız sağ olsun” deməklə, mədənçilərin sağ qalmasının mümkünsüzlüyünü qeyd edib.

Onun sözlərinə görə, mədən işçilərinin ən uzağı 2 saat içəridə sağ qalmaları mümkündür. O qeyd edib ki, hadisə nəticəsində şaxtanın 50 m hissəsi su altında qalıb. Şahin Uyar Somada baş vermiş faciədən sonra  aparılmış yoxlamalar nəticəsində  mədəndə işlər  1 ay əvvəl dayandırılıb, lakin 15 gün öncə burada fəaliyyət bərpa olunub.

 

Hazırda xilasetmə əməliyyatı davam edir. Xilasedicilər 3 istiqamətdən şaxtaya daxil olub.     

 

Hadisə yerinə energetika və nəqliyyat nazirlərinin gəldiyi bildirilir. Türkiyə prezidenti qubernatorla telefon əlaqəsi yaradaraq hadisə yerindəki vəziyyətlə maraqlanıb.  

 

Xatırladaq ki, bu ilin mayında Türkiyənin qərbindəki Soma şəhəri yaxınlığında kömür mədənində baş vermiş qəza nəticəsində 301 fəhlə ölüb.//APA


Teqlər:TÜRKİYƏDƏ YENƏ MƏDƏN FACİƏSİ BAŞ VE

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar