ELMAN ABDULLAYEV ERMƏNİ NAZİRİNİN FİKİRLƏRİNİ ŞƏRH EDİB.
08.09.2014 1403 0.0 0
 
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev  Ermənistan xarici işlər naziri E.Nalbəndyanın Avstriya xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərinə dair açıqlama verib. 
 
 
NATO-nun 4-5 sentyabr tarixində Uelsdə keçirilmiş sammitində NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları qəbul etdikləri yekun bəyanatda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini ifadə edərək, Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin məhz bu prinsiplər əsasında həllinə çağırmışlar.
 
Bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı beynəlxalq birlik tərəfindən qəti şəkildə dəstəklənir.
 
Ermənistan tərəfi dərk etməlidir ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fiziki mövcudluğu münaqişənin həlli prosesinə və regional sülh və sabitliyə ən başlıca təhdiddir.
 
Ermənistan xarici işlər naziri tərəfindən Uelsdə NATO üzv dövlətləri tərəfindən qəbul edilmiş qərara qarşı ifadə edilmiş mövqe Ermənistanın çarəsiz durumunun təzahürüdür.
 
NATO üzv dövlətlərinin qərarını şübhə altına almağa cəhd göstərən Ermənistan xarici işlər naziri bir daha ölkəsinin beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Tamamilə ziddiyyətli və başını itirmiş Ermənistan rəhbərliyinə xas olan bir tərzdə Ermənistanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır.  
a
Öz ənənələrinə sadiq qalaraq, Ermənistanın xarici işlər naziri ölkəsinin rüsvayçı işğalçılıq siyasətini etiraf etmək və buna son qoymaq əvəzinə beynəlxalq ictimaiyyəti və ilk növbədə Ermənistan cəmiyyətini çaşdırmaq və Ermənistanın diplomatik məğlubiyyətinə uğursuz şəkildə bəraət qazandırmaq məqsədi güdür. 

Teqlər:ELMAN ABDULLAYEV ERMƏNİ NAZİRİNİN F

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar