ABŞ VƏ AVROPA İŞİD-İN HƏDƏFİNDƏ
16.08.2014 1294 0.0 0

İraq və Suriyada öz mövqeyini möhkəmlətmiş “İslam Dövləti” (İŞİD) terror qruplaşması artıq təkcə Yaxın Şərqdə deyil, eyni zamanda Avropa və ABŞ-da da öz təsir gücünü yaymaq istəyir. Bu barədə ABŞ kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata əsasən bu məqsədlə ekstremistlər Avropada öz “yuva”larını yaratmağa çalışırlar. Xüsusilə, İraq və Suriyada hökumət qüvvələrinə qarşı vuruşan Avropa ölkələrindən olan döyüşçülərin müharibə bitdikdən sonra Avropaya qayıtması, potensial təhlükə mənbəyi olaraq qalır.

 

Bundan başqa “İslam Dövləti”nin İraq və Suriyada ələ keçirdiyi müxtəlif silahlar, hərbi texnikalar, neft mənbələri və maliyə vəsaitləri bu qruplaşmanın həddindən çox güclənməsinə səbəb olub. ABŞ kəşfiyyatının bildirdiyinə görə, qruplaşmanın tərkibində 10 minlərlə insan döyüşür ki, bununla da onlar, artıq regional müharibələrdən çıxıb, qlobal müharibələrə başlamaq qabiliyyətindədirlər.

ABŞ xüsusi xidmət orqanlarının digər səlahiyyətli nümayəndəsinin bildirdiyinə görə isə, “İslam Dövləti” hal-hazırda bütün terror qruplaşmalarından ən güclü və ən yaxşı təşkilatlanmış qruplaşmadır.​//İTAR-TASS

 

 

 

 


Teqlər:ABŞ VƏ AVROPA İŞİD-İN HƏDƏFİNDƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar