BƏƏ öz vətəndaşlarını Türkiyəyə getməkdən imtina etməyə çağırıb
04.01.2017 812 0.0 0

BƏƏ öz vətəndaşlarını Türkiyəyə səfərə getməkdən imtina etməyə, əvvəldən planlaşdırılmış səfərləri isə "növbəti xəbərdarlığa qədər" təxirə salmağa çağırıb.

Məlumata görə, bu barədə ərəb ölkəsinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər qətlə yetirilib. Ölənlər arasında bir Azərbaycan əsilli Rusiya vətəndaşı da olub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar