UŞAQ OĞURLAYAN QADININ FOTOLARI YAYILDI
15.08.2014 1793 0.0 0
Azərbaycanda uşaq oğurlayan qadının görüntüləri yayılıb

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, 2 aylıq körpəsi oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Sarı saçlı, kök bədən quruluşlu qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb.

Görüntülərdəki sarı saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli telefonlara məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Qeyd edək ki, Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayanAysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək, bildiriblər ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.-//APA


Teqlər:UŞAQ OĞURLAYAN QADININ FOTOLARI YAY

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar