AĞIR YOL QƏZASI BAŞ VERDİ
01.12.2014 811 0.0 0

Salyan rayonunda ağır yol qəzası baş verib.

 

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza hadisəsi bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun 50-ci kilometrliyində Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 46 yaşlı İman Ağayev idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "Toyota" markalı maşınla toqquşub. Zərbə güclü olduğundan avtomobillər bir-birindən təxminən 50 metr aralıya düşüb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Hadisə zamanı "Toyota"nın sürücüsü, Abşeron rayon sakini, 55 yaşlı Ağasahib Cananov xəsarət almasa da, "VAZ-21015"in sürücüsü İman Ağayev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan onun həmyerlisi, 36 yaşlı Natiq Əliyev, Biləsuvar sakinləri - 45 yaşlı Bayram Hacızadə və 41 yaşlı həyat yoldaşı Dilarə Saqıyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım briqadası tərəfindən Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Natiq Əliyev xəstəxanada ilk tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralılar isə reanimasiya şöbəsində yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar