Azərbaycan millisinin baş məşqçisi: `İstəyirdim, meydana 11 aslan çıxsın`
18.11.2021 406 0.0 0

"Oyunlardan öncə bizim iclaslarda, komandanın içində olsaydınız, uşaqları necə motivasiya etdiyimi görərdiniz. Onlara ilk növbədə ürəkli, istəkli oynamağı tapşırırdım. İstəyirdim ki, meydana 11 aslan çıxsın".

Məlumata görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "CBC Sport" telekanalındakı "Start" verilişində qonaq olarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yığma güclü komandala qarşı daha yaxşı oynayır: "Çünki onları tanıyırıq. Texniki və taktiki baxımdan hər matça yaxşı hazırlaşmaq lazımdır. Meydana çıxıb öz oyunumuzu göstərməyə qorxuruq. Amma mən futbolçulara başa salıram ki, özümüzə inansaq, rəqibi qaçmağa məcbur etsək, onlar da bizdən çəkinəcək".

65 yaşlı baş məşqçinin sözlərinə görə, beyin mühərrik deyil ki, nəyisə dəyişəndə işləsin: "Bunu 1 gündə etmək olmaz, vaxt lazımdır. Əvvəlcə özüm bu mentaliteti başa düşməliyəm. Artıq futbolçularla bir-birimizi yaxşı anlayırıq. Amma Portuqaliya və ya Serbiya kimi yığmalara uduzursansa, o demək deyil ki, sənin mentalitetin, qalib ruhun yoxdur. Məğlubiyyət normal haldır. Əsas odur, oyundan öncə beynində rəqibə uduzmayasan və meydana çıxıb sonadək vuruşasan".

Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar