İŞİD DAHA BİR ABŞ JURNALİSTİNİN BAŞINI KƏSDİ
02.09.2014 1280 0.0 0

 

Radikal sələfilərin elan etdikləri  IŞİD adlı təşkilatın daha bir Amerikalı  jurnalisti edam etdiyini göstərən bir video yayılıb. 

Yayılan görüntülərdə Time və Foreign Policy jurnalları üçün çalışan Steven Sotloff'un boğazının kəsildiyi aydın olur. Steven Sotloff, ötən ilin avqust ayında Suriyada girov düşüb. 
Xatırladaq ki,bundan əvvəl edam olunan  James Foleyin edam videosunda növbəti şəxs kimi başı kəsiləcək  adamın Steven Sotloff olacağı  göstərilmişdi. 

Türkiyə mətbuatının verdiyi məlumata görə,Bu videoda isəSteven Sotloffun başı kəsilib və sıradakı adam olaraq İngilis girov David Haines göstərilib. 

Görünüşlərdə ayrıca IŞİD-ə qarşı "Amerikan liderliyindəki şeytani ittifaqa" girəcək ölkələrə xəbərdarlıq edilib.


Teqlər:İŞİD DAHA BİR ABŞ JURNALİSTİNİN BAŞ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar