QARABAĞ ƏLİLİ ETİBAR PİRVERDİYEV VƏ «AZƏRENERJİ» ASC-NİN HAQSIZLIĞINDAN İNTİHAR EDƏCƏYİNİ BİLDİRİR
12.01.2015 879 0.0 0

Mən üzləşdiyim qanunsuzluqdan , süründürməçilikdən bezmişəm əgər buna görə intihar etsəm bunun məsuliyyəti "Azərenerji" ASC-nin Prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək.

Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən 2- ci qrup Qarabağ Müharibəsi əlili Həşimov Eldəniz Yaşar oğlu bildirir ki, 1 ildən çoxdur  ona əziyyət verilir.

Belə ki, E.Həşimov bildirir ki, Bakı şəhəri Binəqədi bələdiyyəsindən 20 sentyabr 2007-ci il tarixli 561 saylı qərarı ilə 600 kvadrat metr ölçüdə fərdi mənzil  tikintisi üçün torpaq sahəsi alıb. Həmin torpaq sahəmin təxminən 50 metrliyində  möhtəşəm villalar  var ki, onların 3 metrliyindən  yüksək gərginlikli elektrik xətti keçirdi.Həmin villaların sahbləri küllü miqdarda  pul verib elektrik xəttinin yerini qanunsuz olaraq dəyişdirtdirərək  50 metr  qarşı tərəfə mənim torpaq sahəmin üzərinə yerləşdirmişdilər.

Zərərçəkənin iddiasına görə, bu qanunsuzluğu "Azərenerji" ASC-nin rəhbərliyi  şəxsən tapşırığı ilə ediblər.Çünki həmin villaların sahibləri bu prosesi həyata keçirmək üçün yığışaraq pul toplayıb və  "Azərenerji" ASC-nin rəhbərliyinə veriblər .

 


Daha sonra zərərçəkən bildirir ki, çoxsaylı şikayətlərdən sonra Abşeron Regional Elektirik Şəbəkəsi tərəfindən başdan sovdu araşdırma aparıb ona əsassız cavab vermişdilər ki, guya yüksək gərginlikli elektirik xəttinin yerini dəyişəndə Reyestr Xidmətindən cavab alınıb ki, həmin ərazidə mülkiyyət yoxdur.Ancaq əslində bu yerdəyişməni etməməzdən əvvəl həmin ərazi üzrə bələdiyyədən, Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi rayon şöbəsindən qanunu qaydada öyrənilməli idi ki, bu ərazidə kimə məxsus mülkiyyət var.

Xatırladaq ki , qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq.

Zərərçəkən ərizəsində airtıq cana doyub-bezdiyini bildirərək , "belə olur ki, Qarabağ Müharibəsi əlilləri intihara əl atırlar.Saxtakar,rüşvətxor məmurlar qanunsuz, özbaşına  əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar." qeyd edib.

"Azərenerji" ASC-nin Prezidenti Etibar Pirverdiyevin  qaunsuz əməli barədə Prezident İlham Əliyevə başda olmaqla bütün aidiyyatı təşkilatlara ərizə ilə meraciət edərək kömək etmələrini xahiş etdiyini bildirən zərərçəkən,  qanunu torpağınön özümə qaytarılmasını və yaxud eyni ölçüdə ona başqa ərazidən torpaq sahəsi verilməsini tələb edir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar