TÜRKİYƏDƏ TERROR HADİSƏSİNİN QARŞISI ALINDI-İTKİ VAR
07.01.2015 707 0.0 0

Sultanəhməd İstanbul Təhlükəsizlik İdarəsinə tabe olan  Turizm Şöbə Müdirliyinə canlı bombalı hücum təşkil olunub. Hadisədə bir polis məmuru şəhid oldu.
 

Qazeta.info AA-ya istinadən bildirir ki, Sultanəhməd Meydanında Yerebatan küçəsində fəaliyyət göstərən Turizm Şöbə Müdirliyinə  bombalı hücumla əlaqədar İstanbul valisi Vasif Şahin, İstanbul Təhlükəsizlik Müdiri Selami Altınok ilə hadisə yerinə gəlib. Burada araşdırmalar sonra jurnalistlərin suallarını cavablandıran V.Şahin, partlayışın saat 17.20-də meydana gəldiyini bildirib.

Turizm Şöbə Rəhbərliyi önündəki köşkə İngilis dilində "pulqabısını itirdiyi" bildirərək bir qadının yaxınlaşdığını və daha sonra üzərindəki bombanı partlatdığını bildirən V.Şahin, təcavüzkarın öldüyünü açıqlayıb.

İstanbul valisi V.Şahin, təcavüzkar qadının şəxsiyyət təsbiti üçün işlərin başladıldığını bildirib.

Hücumda ağır yaralanan polis məmuru Kenan Kumaş və polis məmuru Taner Şenel, Haseki Eğitim  Araşdırma Xəstəxanasına aparılıb.

Bombalı hücumun ardından Xüsusi Hərəkat Şöbəyə bağlı qruplar, təhlükəsizlik tədbirləri görərək, ətrafda tədbir alıb.

Bombalı hücumu reallaşdıran qadının üzərindəki ikinci bomba, xüsusi paltarlı bomba məhv edici qrupları tərəfindən  patladılıb. 

Partlayış zamanı ətrafdakı bəzi binaların şüşələri ilə Turizm Şöbə Müdirliyi binasının birinci mərtəbəsinə ziyan dəyib.

 

Turizm Şöbə Müdirliyinə istiqamətli bombalı hücumu reallaşdıran və həyatını itirən qadın hadisə yerinə birisi çantasında, biri paltosunun cibində, biri də əlində olmaqla 3 əl bombasıyla gəldiyi təsbit olunub.

Növbətçi köşkünə yaxınlaşan qadın, əlindəki əl bombasının pimini çəkdiyi sırada polis məmuru Kənan Kumaş atəş etdi. Hücumda qadın hadisə yerində, polis məmuru K.Kumaş isə qaldırıldığı xəstəxanada həyatını itirib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar