İRAN İŞİD-Ə HÜCUM XƏBƏRİNİ YALANLADI
03.12.2014 1360 0.0 0

İran, döyüş təyyarələrinin işidi mövqelərini bombalaması iddialarını inkar edib.
 

 

İran, İraqda IŞİD-ə qarşı ABŞ tabeliyindəki beynəlxalq koalisiya gücləriylə əməkdaşlıq etmədiklərini ifadə edərkən, İrana aid döyüş təyyarələrinin İŞİD mövqelərini bombalaması iddialarına açıqlama gətirməkdən imtina edib.

Qazeta.info AA-ya istinadən bildirir ki, İran Baş qərargah Rəsinin Köməkçisi general Məsud Cezayeri, İranın İraqda IŞİD-ə qarşı hava hücumu təşkil olunması ilə əlaqədar  iddialarına dəqiq cavab verməyib.Məlumata görə İran rəsmisi bu ittihamları cavablayarkən  İranın ABŞ  tabeliyindəki beynəlxalq koalisiya gücləri əməkdaşlıq etmədiklərini söyləyib.

İranın rəsmi televiziyasının xəbərinə görə, İran Baş qərargah Başçı Köməkçisi general Məsud Cezayeri, Pentaqon sözçüsü Con Kirbynin Qərb mətbuatında yer alan, "İranın IŞİD-ə qarşı ABŞ liderliyində qurulan beynəlxalq koalisyonla əməkdaşlıq etdiyi" iddialarının doğru olmadığını bildirib.

İraqda yaşanan bütün qeyri-sabitliyin səbəbinin ABŞ olduğunu bildirən Cəzairi, "Əgər ABŞ, bölgədəki mürtəce İŞİD kimi terror təşkilatlarına dəstək verməsəydi, bu gün dünya, Suriya və İraqda insanların ölümünə, kənd və qəsəbələrin təxrib olmasına şahid olmayacaqdı"  açıqlama verib.

Cezayeri, "Bu ana qədər İraq xalqı, öz ordusuyla birlikdə əcnəbilər və terroristlərə qarşı apardığı döyüşdə bir çox müvəffəqiyyət əldə edib. Müstəqil İraqın gələcəyi onların əməkdaşlığa bağlıdır. Bu ölkənin gələcəyində ABŞ-ın yeri yoxdur" dedi.

Digər tərəfdən, xarici işlər nazirliyi sözcüsü Mərziyə Afham mətbuata etdiyi açıqlamada, İranın İraqda IŞİD-lə mübarizədə tutduğu yolun dəyişdirmədiyini, terrorla mübarizədə İraq hökumətinə məsləhət etməyi davam etdirdiklərini lakin koalisiya gücləriylə əməkdaşlıq iddialarının həqiqəti əks etdirmədiyini söyləyib.

Kirby, Qərb mətbuat agentliklərində yer alan açıqlamasında son bir neçə gündür İrana aid F-4 təyyarələrinin hava sahəsi İraq hökuməti idarəsində olan Diyala bölgəsindəki İŞİD mövqelərinə hava hücumu reallaşdırdığını bəyan etmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar