Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat edib
05.02.2022 346 0.0 0

Vətən müharibəsi qazisi Məmişov İlqar Vaqif oğlu uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

Qazeta.info Report-un məlumatına əsasən bildirir ki, o, müharibə dövründə xərçəng xəstəliyinə tutulmuşdu.

İ.Məmişov ordudan tərxis olunandan sonra əməliyyat olunub kimyaterapiyadan keçsə də, bədənindəki şiş artmağa davam edib.

Qeyd edək ki, İ.Məmişov sentyabrın 29-da Vətən müharibəsinə qoşulub. O, Cəbrayıl, Xocavənd və Füzuli uğrunda döyüşlərdə iştirak edib.

Qazinin bir övladı yadigar qalıb.

Allah rəhmət etsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar