BU DƏHŞƏTİN SONU GƏLİR
20.11.2014 1552 0.0 0

Birləşmiş Millətlər Təşkilatının QİÇS ilə Mübarizə Proqramı (UNAIDS), AİDS virusunun 2030-ci ilə qədər qlobal bir təhdid ünsürü olmaqdan çıxacağını açıqladı.

 

BMT Cenevrə Ofisindən verilən yazılı açıqlamada, qarşıdakı 5 il içərisində QİÇS ilə mübarizədə sürətli bir irəliləyiş müşahidə olunacağını 2030-ci ilə qədər 28 milyon yeni infeksiyanın və  21 milyon ölümün qarşısının alınacağına diqqəti çəkib.

Lakin  açıqlamada o da qeyd olunub ki, QİÇS ilə mübarizə işlərinə sürət verilməsə HİV virusunun çox sürətli şəkildə yayılaraq, hazırkı rəqəmləri daha çox  üstələyə biləcəyi xəbərdarlığını edib.

 

 Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki,  Xəstəliyin meydana gəldiyi vaxtdan  bu günə qədər təxminən 78 milyon adamın HİV virusuna yoluxduğu və 39 milyon adamın QİÇS-dən öldüyü bildirilir. Xatırladaq ki təşkilat  "QİÇS-lə bağlı ölümlərin sayında 2005-ci ildən bu yana yüzdə 35 faiz enmə müşahidə olunduğunu bildirib. Xəstəliklə mübarizəyə sürət verildiyi təqdirdə QİÇS virusu 2030-ci ilə qədər qlobal bir təhdid ünsürü olmaqdan çıxacaq "deyə açıqlamada bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar