AZƏRBAYCANDA KİV-HAQQINDA QANUN SƏRTLƏŞİR
04.12.2014 1486 0.0 0

Azərbaycanda kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər ediləcək.

Milli Məclisdən  verilən məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.

Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən təqdim edilib.

Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar