Vulkan yamaclarında meşələr alışdı, nəhəng quru kəllə yarandı - VİDEO - FOTO
14.07.2017 886 0.0 0

İtaliyada güclü meşə yanğınları davam edir. Məşhur Vezuvi vulkanının ətəkləri də alışıb yandığından minlərlə yerli sakin və turist bölgədən təlxiyyə olunub.

RAİ-yə istinadən bildirilir ki, Vezuvi vulkanının ətəklərindəki yanğından ucalan tüstü buludları Neapolda belə, görünür.

İtalyanlar ilk əvvəl bu tüstünü görəndə vulkanın püskürməyə başladığını düşünüblər. Lakin sonradan bəlli olub ki, havaların həddən artıq isti keçməyi nəticəsində vulkanın yamaclarındakı meşələrdə yanğınlar başlanıb.

Kalampiso və San Vido Del Kapo şəhərləridən sakinlər təxliyyə olunmağa başlayıb.

Neapolda isə 5 rayondan sakinlərin çıxarılmasına başlayıb. İtaliya polisinin fikrincə, Vezuvi yamaclarındakı meşələrə italyan mafiyası "kamorra" od vurub. Məqsəd yerli hakimiyyət strukturlarını qorxutmaqdır.

Hazırda yanğında 600 yanğınsöndürən mübarizə aparır. Vezuvi Milli Parkındakı situasiya kritikdir.

Vezuvinin yerləşdiyi Kampaniya bölgəsinə əlavə polis və yanğınsöndürən qüvvələr göndərilib.

İtalyanları ən çox qorxudan məqam isə Vezuvinin yamaclarından qalxan tüstünün bir ara quru kəllə formasını alması olub. Bu məşum görüntünü yerli sakinlər "Tanrı xəbərdarlığı" sayırlar./Milli.az/

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar